"Biz sahibkarlara dostluq, dost münasibəti təklif edirik. Dostluq da ikitərəfli olmalıdır".
Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Həftə" verilişində dövlət-iş adamları münasibətlərini şərh edərkən deyib.
Nazir dövlətin sahibkarlara dəstəyinin davam edəcəyini və tam şəffaf münasibətlərin təmin olunacağını qeyd edib: "Dostun - sahibkarların hər hansı problemi olduqda hökumətin müvafiq qurumlarının, ilk növbədə yəqin ki, İqtisadiyyat Nazirliyinin borcudur ki, həmin problemlə maraqlansın, bunu həll etsin. Sahibkarın da dost kimi üzərinə düşən vəzifələr var - fəaliyyətini şəffaf qurmaq və dövlətin vergilərini ödəmək. Vəssalam. Biz öz tərəfimizdəm söz veririk ki, bu dostluğa sadiq olmağa hazırıq və sahibkarları da buna dəvət edirik".